Braziliyanın "Parana" klubunun futbolçusu Gilyerme Bitekonun qol sevinci hər kəsi kədərləndirib.
Unikal.org qol.az-a istinadən xəbər verir
ki, o, "Viteko"nun qapısına vurduğu qolu ötən ilin noyabr ayında
təyyarə qəzasında dünyasını dəyişən "Şapekoense" klubunda çıxış edən
qardaşı Gilyermo Mateusa həsr edib.
Biteko qol vurduqdan sonra formasını çıxarıb və üzərində qardaşının
şəkli olan maykanı nümayiş etdirərərək hönkür-hönkür ağlayıb.