Futbol üzrə Almaniya milli komandasının və "Bavariya" klubunun qapıçısı Manuel Noyer İspaniya "Real Madrid"i ilə Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşündə zədələnib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 31 yaşlı qolkiper sol ayağını qırıb. O, "kral klubu"nun kapitanı Kriştianu Ronaldunun 105-ci dəqiqədə vurduğu qol zamanı xəsarət alıb. Münhendə tibbi müayinədən keçdikdən sonra Noyerə müalicə olunacaq.
Qeyd edək ki, "Bavariya" "Real Madrid"ə əlavə vaxtda uduzub - 2:4. Manuel Noyer zədə üzündən Almaniya yığmasının martın 26-da Bakıda Azərbaycan millisinə qarşı keçirdiyi 2018-ci il dünya çempionatının seçmə qrup matçında da iştirak etməyib. Bu komandalar arasındakı təkrar qarşılaşma oktyabrın 8-də Kayzerslautern şəhərində olacaq.