Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatı başa çatıb.
Unikal.org-un apasport.az-a istinadən məlumatına görə, fərdi yarışlar başa çatdıqdan sonra bu gün komandalar arasında qalib bəlli olub.
Kişilərin yarışında 16 ölkənin komandası çempionluq uğrunda mübarizə aparıb.
Millimizin 1/8 finaldakı ilk rəqibi Monteneqro olub. Yığmamız balkanlıları darmadağın edib - 5:0. Nicat Şıxalizadə, Hidayət Heydərov, Rüfət İsmayılov, Tural Səfquliyev, Uşanqi Kokouri rəqiblərinə şans verməyiblər.
Növbəti rəqib isə Çexiya ilə görüşdən qalib ayrılan Fransa olub. Komandamız yarımfinal uğrundakı gərgin mübarizədən məğlub ayrılıb - 2:3. Hidayət Heydərov və Məmmədəli Mehdiyev öz çəkilərində qalib gəlsə də, Nicat Şıxəlzadə, Rüstəm Orucov və Elxan Məmmədov isə uduzub.
Təsəlliverici görüşlərdə yığmamızın ilk rəqibi Hollandiya millisi olub. Yığmamız bu dəfə də rahat qələbəyə sevinib - 4:1. Nicat Şıxalizadə, Hidayət Heydərov, Rüfət İsmayılov və Məmmədəli Mehdiyev qalib gəlib, yalnız Kokouri məğlubiyyətə üzülüb.
"Bürünc" yolundakı son rəqib isə Ukrayna yığması olub. İlk üç çəkidə idmançılarımız qələbə qazansa da, son iki görüş baş tutmayıb. Hakimlər isə Ukrayna millisinə texniki qalibiyyət verib. Əldə etdiyimiz məlumata görə, buna səbəb 90 kq çəki dərəcəsindəki təmsilçimiz Məmmədəli Mehdiyevin rəqibinə qarşı qeyri-etik jest etməsidir. Bu, isə yığmamıza məğlubiyyət bahasına başa gəlib.