Klublararası dünya çempionatının ilk iştirakçısı müəyyənləşib.
Unikal.org-un məlumatına görə, Meksikanın "Paçuka klubu ilk vəsiqənin sahibi olub.
Şimali amerikalılar bunu KONKAKAF zonasında Çempionlar Liqasının qazanmaqla rəsmiləşdirib. Onlar buna finaldakı Meksika derbisində qalib gəlməklə imza atıb. Səfərdəki ilk oyunda 1:1 hesablı bərabərlikdən sonra "Paçuka öz meydanında "Tiqres üzərində qələbə qazanıb - 1:0.
Bu, Dieqo Alonsonun yetirmələrinə planetin ən nüfuzlu klub turnirində oynamaq imkanı verib. Dekabrın 6-16-da keçiriləcək çempionatda meydan sahibi BƏƏ çempionu və 6 konfederasiyanın Çempionlar Liqasının qalibi mübarizə aparacaq.
Qeyd edək ki, ilk dəfə 2000-ci ildə təşkil olunan çempionatın son qalibi Avropa təmsilçiləri olub.