Azərbaycan Beynəlxalq Bankı ilə AFFA arasında bağlanmış müqaviləyə uyğun olaraq idarəçiliyi assosiasiyaya verilmiş "İnter Peşəkar İdman Klubunun (PİK) Müşahidə Şurasının sədri vəzifəsinə AFFA-nın İcraiyyə Komitəsinin üzvü Zaur Axundov təyin edilib.

Unikal.org-un məlumatına görə, Azərbaycan Futzal Federasiyasının prezidenti də olan Axundov bundan sonra kluba rəhbərlik edəcək.

AFFA tərəfindən "İnter PİK-ə səlahiyyətli nümayəndə təyin edilən Rəmiş Malıyev isə İcraçı direktor vəzifəsini icra edəcək.

Xatırladaq ki, Axundov bu ilin martında AFFA İcraiyyə Komitəsinə yeni üzv seçilib.