"Real Madrid"in bu mövsüm İspaniya çempionu olması "Malaga" klubuna sərf edə bilər.
Unikal.org goal.az-a istinadən xəbər verir ki, Madrid klubu Primeranın qalibi olsa, Əndəlus təmsilçisi büdcəsini 1 milyon avro zənginləşdirəcək. Belə ki, "Malaga" 2013-cü ildə İskonu "Real"a satarkən müqavilədə "kral klubu"nun 3 ölkə çempionluğundan sonra 1 milyon bonusun ödənilməsi nəzərdə tutulub. İskonun transferi 27 milyon avroya başa gəlib. O, 2011-13-cü illərdə "Malaga"nın şərəfini qoruyub. Madridlilər cari müqaviləsi 2018-ci ildə başa çatacaq yarımmüdafiəçi ilə yeni müqavilə imzalamaq və onun məvacibini 2 qat artırmaq fikrindədir. Qeyd edək ki, "Real"ın La Liqada "Malaga" ilə oyunu qalıb.