İngiltərənin "Liverpul klubu daha bir ciddi itki ilə üzləşib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, komandanın gənc müdafiəçisi Co Qomes uzun müddətə sıradan çıxıb. Topuğundan əməliyyat olunan futbolçu buna görə komandasının UEFA Çempionlar Liqasının finalında "Realla oyununu da buraxacaq.

20 yaşlı müdafiəçi nəinki bu mövsümün qalan hissəsində, hətta qarşıdakı dünya çempionatında da meydana çıxmayacaq.

Qeyd edək ki, Qomes həm də İngiltərə yığmasının üzvüdür.