"Realın prezidenti Florentino Peres Xulen Lopeteqinin komandanın baş məşqçisi təyin olunmasına münasibət bildirib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Peres Lopeteqinin İspaniya yığmasından qovulması haqda da danışıb. O, federasiyanı düzgün addım atmamaqda ittiham edib:
"Normal axarda baş verməli olan hadisə mənasız prosesə çevrildi. Bu da federasiyanın yersiz qürur nümayiş etdirməsinə görə yaşandı.
Biz Xulenin təyinatını dünya çempionatından sonra elan etmək istəyirdik. Ancaq real durum bizi başqa cür addım atmağa vadar etdi.
Yığma komandanın daxilində əlavə söz-söhbətin olmaması üçün açıq şəkildə hərəkət etməyə üstünlük verdik.
Lopeteqi "Realla müqavilə bağladığı üçün mundialın başlamasına bir gün qalmış İspaniya yığmasından qovulub.