Bu gün dünya çempionatında 3 oyun keçiriləcək.
Unikal.org xəbər verir ki, günün ilk matçında meydana Misirlə Uruqvay milliləri çıxacaq. A qrupunda növbəti mərhələyə namizədlər arasında göstərilən komandaların mübarizəsinə maraq kifayət qədərdi.
Uruqvay FİFA sıralamasında 17-ci, Misir isə 46-cı yerdədir. Qarşılaşma Yekaterinburq şəhərində 35 min nəfərlik "Yekaterinburq Arenada oynanılacaq.
Bu gün B qrupunda da mübarizəyə start veriləcək. Əvvəlcə qrupun autsayderləri Mərakeşlə İran münasibətlərinə aydınlıq gətirəcək.
Günün son qarşılaşmasına maraq daha böyükdü. Dünya çempionatında Pireney derbisi baş tutacaq. Son Avropa çempionu Portuqaliya iki gün əvvəl baş məşqçisini dəyişən İspaniya ilə üz-üzə gələcək. Hər iki komanda qrupu birinci pillədə bitirmək niyyətindədir. İspaniya hazırda FİFA reytinqində 8-ci, Portuqaliya isə 4-cü sıradadı.
DÇ-2018. 1-ci tur
15 iyun
A qrupu
16:00. Misir - Uruqvay
Baş hakim: Byörn Kuypers (Hollandiya)
Yekaterinburq, Mərkəzi arena
B qrupu
19:00. Mərakeş - İran
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Sankt-Peterburq, "Krestovski stadionu
22:00. Portuqaliya - İspaniya
Baş hakim: Canluka Rokki (İtaliya)
Soçi, "Fişt stadionu