Bu gün 20 yaşa qədər basketbolçulardan ibarət yığma komanda əsas millinin üzvləri ilə yoldaşlıq görüşü keçirib. 20 yaşa qədər basketbolçulardan ibarət millini qarşıda çətin sınaq gözləyir.
Tahir Baxşıyevin komandası yarış öncəsi yoldaşlıq görüşü ilə özlərini sınayıblar. Baş məşqçi T.Baxşıyev komandanın hazırki durumunu qanedici qiymətləndirib.
O Unikal.org-a danışarkən bildirib ki, hər gün təlim-məşq prosesi keçirlər.
Məşqçinin bildirdiyinə görə, U-20-ni qarşıda güclü yarışlar gözləyir. Tahir Baxşıyev iyulun 13-də baş tutacaq yarışa həvəslə hazırlaşdıqlarını qeyd edib:
"Təbii ki, məşqçi kimi komandanın hazırki durumu məni qane edir. Biz Avropa çempionatına var-gücümüzlə hazırlaşırıq. Ümid edirəm ki, komandamız bizi sevindirə bilər. Düzdür, amerikalı legioner Cordanın bizimlə bu yarışa qatıla bilməməsinə təəssüflənirəm. Amma hazırda komandada zədəli idmançılar yoxdur.
Bu gün Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov və vitse- prezident Həsənağa Rzayevin komandamıza böyük dəstəyi var. Onların dəstəyi nəticəsində komandada stimul yaranır".
O, həmçinin komandanın ən gənc üzvünün 18 yaşı olduğunu qeyd edib.
Sonda basketbol üzrə U-20 milli komandasının baş məşqçisi onu da bildirib ki, komanda ilk dəfə bu il Avropa çempionatına qatılacaq.
Ötən illə bağlı xatırlatma...
2017-ci il Azərbaycan basketbolu
üçün uğurlu olub. IV İslam Həmrəyliyi Oyunlarında 3X3 basketbol üzrə həm kişi,
həm də qadın yığma komandalarımız bütün rəqiblərini yenərək qızıl medal
qaznıblar.
Bildirək ki, keçən ilin hesabat dövründə yeniyetmə oğlanlardan ibarət U16
milli yığmamız U18 Gürcüstan Çempionatında iştirak ediblər.
Ötən ilin fevralında Sarabda (İran) keçirilən beynəlxalq turnirdə
Azərbaycanın U18 millisi 6 komanda arasında ikinci yeri qazanıb.
Mart ayında isə Bişkekdə keçirilən ənənəvi "Novruz" turnirində
U20 yığmamız ikinci yerə nail olub.
2017-ci ilin mayın 1-dən 5-nə kimi Qırğızıstanın paytaxtı Bişkekdə
keçirilən "Qələbə Kuboku 2017" beynəlxalq basketbol turnirində U18
yığmamız bütün rəqiblərini üstələyərək qızıl medalları qazanıb.
Bundan əlavə, ötən il basketbolçularımız ilk dəfə hər üç yaş qrupunda (U16,
U18, U20) keçirilən FİBA Avropa Çempionatlarında öz idman güclərini
sınamışdılar.