Rusiyada futbol üzrə dünya çempionatı davam edir.
Unikal.org-un məlumatına görə, son Avropa çempionu Portuqaliya iki gün əvvəl baş məşqçisini dəyişən İspaniya ilə üz-üzə gəlib. Qrup liderliyinə iddialı iki komandanın oyunu bol qollu olub. Hərəyə 3 qol vuran rəqiblər hərəyə 1 xalla kifayətləniblər.
Portuqaliyanın heyətində Kristiano Ronaldo het-trik edərək matçın taleyini təyin edib. Super ulduz DÇ-2018-in İspaniya ilə matçında qol vuraraq adını tarixə yazdırıb.
Belə ki, penaltidən vurduğu qolla hesabı açan Ronaldo üst-üstə 8 böyük turnirdə fərqlənən ilk oyunçu olub. Kristiano AÇ-2004, DÇ-2006, AÇ-2008, DÇ-2010, AÇ-2012, DÇ-2014, AÇ-2016-dan sonra DÇ-2018-də də ən az bir dəfə rəqib qapıçını məyus edə bilib.
Üstəlik ardıcıl 4 dünya çempoionatında da qol vuran Ronaldo (DÇ-2006 - İran, DÇ-2010 - Şimali Koreya, DÇ-2014 - Qana) tarixdə bunu bacaran 4-cü oyunçu olub. Daha əvvəl bunu Uve Seelar, Pele və Miroslav Kloze bu göstəricini təkrarlayıb.
Dünya çempionatı
Qrup mərhələsi, I tur
15 iyun
"B" qrupu
Portuqaliya - İspaniya - 3:3
Qollar: Ronaldo, 4 (pen.), 45, 88 - Dieqo Kosta, 25, 55, Naço, 58.
Soçi, "Fişt stadionu