Bu gün DÇ-2018 çərçivəsində növbəti oyunlar keçirilib.
Unikal.org xəbər verir ki, Rusiyadakı mundialın 5-ci günündə 3 qarşılaşma baş tutub.
F qrupunda ilk tura yekun vurulub. Almaniya və Meksikanın qrupunda yer alan İsveçlə Cənubi Koreya üz-üzə gəlib. Matçın taleyini 1 qol həll edib. Belə ki,Andreas Qranqvistin penaltidən vurduğu yeganə top İsveçə 3 xal qazandırıb.
Həmçinin G qrupunda da mübarizəyə start verilib. Öncə meydana Belçika və Panama yığmaları çıxıb. Turnirin favoritlərindən sayılan belçikalılar rəqibi asanlıqla üstələyib - 3:0.
Günün son qarşılaşmasında isə futbolun yaradıcıları mundial həyəcanına başlayıb. İngiltərənin rəqibi Tunis olub. Kapitan Harri Keynin dublu ingilislərə çətin qələbə qazandırıb.