Bu gün Çempionlar Liqasının yeni mövsümünün 1-ci təsnifat mərhələsinin püşkatması olub. Püşk Azərbaycan çempionu "Qarabağın qarşısına Sloveniyanın "Olimpiya komandasını çıxarıb.
Unikal.org xəbər verir ki, "Qarabağın baş məşqçisi Qurban Qurbanov klubun "facebook səhifəsinə püşkün nəticəsi ilə bağlı açıqlama verib:
"Çox çətin rəqiblə qarşılaşacağıq. Belə rəqiblə qarşılaşmaya pley-off matçı kimi meydana çıxacağıq. Artıq bu gündən rəqibi analiz etməyə başlayacağıq və oyuna qədər maksimum hazır olaq. Əlimizdən gələni etməyə çalışacağıq. Bizə ən çətin və gözlənilməz rəqib düşdü".
"Qarabağ bu rəqibinə qarşı ilk oyununu iyulun 10-11-də səfərdə, cavab matçını isə 17-18-də Bakıda keçirəcək.