Rusiyadakı futbol üzrə dünya çempionatında H qrupunun ilk oyunu keçirilib.
Unikal.org-un məlumatına görə, Saransk şəhərindəki "Mordoviya Arena"da Kolumbiya və Yaponiya yığmaları üz-üzə gəlib.
Görüş Yaponiyanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesab 6-cı dəqiqədə açılıb. Kolumbiyalı futbolçu Karlos Sançes əllə oynadığı üçün meydandan qovulub və Yaponiyanın lehinə penalti təyin olunub. Sindzi Kaqavanın zərbəsi dəqiq olub. 39-cu dəqiqədə Xuan Kintero cərimə zərbəsindən bərabərlik qolunu vurub. Lakin 73-cü dəqiqədə Yuya Osako künc zərbəsindən sonra başla qələbə topuna imza atıb.