Rusiyada keçirilən futbol üzrə dünya çempionatının E qrupunda ikinci turun oyunlarına start verilib.

Unikal.org-un məlumatına görə, Braziliya Kosta-Rika ilə üz-üzə gəlib. "Sankt-Peterburq" stadionunda baş tutan qarşılaşma Braziliyanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki qol uzatma dəqiqələrində vurulub. Əvvəlcə Filippe Koutinyo fərqlənib. Oyunda son nöqtəni isə Neymar qoyub.

Bu nəticədən sonra Braziliya xallarının sayını 4-ə çatdırıb. Xalı olmayan Kosta-Rika isə qrupda qalıb.