Futbol üzrə Dünya çempionatında 2-ci turun oyunları davam edir.

Unikal.org xəbər verir ki, D qrupunda  Nigeriya İslandiya ilə qarşılaşıb. Bu oyunun nəticəsi daha maraqla gözlənilirdi. İslandiya qələbə qazanacağı təqdirdə Argentinanın qrupdan çıxmaq şansı xeyli azalacaqdı.

Ancaq islandiyalıların Nigeriyaya uduzması intriqanı son tura saxlayıb. "Volqoqrad Arena"da baş tutan qarşılaşma Nigeriyanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə hər iki qolu Ahmed Musa vurub. 26 yaşlı hücumçu 49 və 75-ci dəqiqələrdə fərqlənməklə komandasına qələbə qazandırıb.