DÇ-2018 davam edir.
Unikal.org xəbər verir ki, Rusiyada keçirilən mundial penaltilərin çoxluğu ilə diqqət çəkir.
Belə ki, geridə qalan günlərdə hakimlər müxtəlif komandaların qapısına düz 14 dəfə 11 metrlik cərimə zərbəsi təyin ediblər. 29 oyunda təyin olunmuş cərimələrdən 11-i qolla nəticələnib.
Maraqlıdı ki, bir öncəki mundialda - DÇ-2014-də hakimlər 68 matçda üst-üstə cəmi 13 penalti təyin etmişdilər. Mütəxəssislər video yardımçı hakim sisteminin (VAR) tətbiq olunmasının bu sayın artmasına səbəb olduğunu qeyd edirlər.