Dünya çempionatında İslandiya ilə "sülh" bağlayıb (1:1), Xorvatiyaya böyük hesabla uduzan (0:3) Argentina millisində gərginlik davam edir.
Unikal.org xəbər verir ki, qrup mərhələsinin son turunda Nigeriya ilə qarşılaşacaq yığma ilə bağlı daha bir xəbər yayılıb. Argentinanın TYC telekanalının şərhçisi Rikardo Karruso Lombardi iddia edib ki, iyunun 26-da keçiriləcək matçda komandaya baş məşqçi Xorxe Sampaoli başçılıq etməyəcək.
İddialara görə, Argentina Futbol Federasiyası futbolçuların əksəriyyətinin istəmədiyi Sampaolinin yerinə Xorxe Burruçaqanı gətirmək istəyir.(qaynarinfo)