İsveçrə yığmasının yarımmüdafiəçiləri Qranit Caka və Cerdan Şakiri siyasi hərəkətlərinə görə cəzalandırıla bilərlər.
Unikal.org bildirir ki,FİFA hazırda DÇ-2018-in qrup mərhələsində Serbiyaya qol vurduqdan sonra (2:1) Albaniyanın rəmzi olan qartal işərəsi göstərən futbolçuların hərəkətlərini araşdırır.
Onların təxribat xarakterli hərəkətləri İntizam Məcəlləsinin 54-cü maddəsinə əsasən, 5000 İsveçrə frankı məbləğində cərimə və 2 oyunluq diskvalifikasiya nəzərdə tutur.
Ali futbol qurumu bu hərəkətin təxribat xarakterli olub-olmadığını araşdırmaq üçün şahid və ekspertləri sorğulamağı planlaşdırır.