Neymarın bacısı Rafaella Bekranın sosial şəbəkədə paylaşdığı şəkil hər kəsi təəccübləndirib.
Unikal.org xəbər verir ki, Rafaellanın qolu xüsusi sarğıda olub. Məlum olub ki, o, əlini Kosta-Rika ilə oyundan sonra zədələyib.
Rafaella həmin qarşılaşmaya stadionda baxıb. O, "Sankt-Peterburq Arenada oyunu izləyən zaman huşunu itirərək yıxılıb. Nəticədə, onun əli zədələnib.
Braziliya oyuna əlavə edilmiş dəqiqələrdə 2 qol vuraraq, Kosta-Rikaya qalib gəlib. Komandanın ikinci qolunu Neymar vurub.