İran yığmasının azarkeşləri Portuqaliya millisinin lideri Kriştiano Ronaldoya psixoloji təsir göstəriblər.
Unikal.org xəbər verir ki, iranlı fanatlar Portuqaliya yığmasının Saranskda məskunlaşdığı otelin qarşısına gəlib və gecə yarısı otelin önündə səs-küy yaradıblar.
Onların bu səs-küyü Ronaldonu yuxudan oyadıb. Eyvana çıxan portuqalyalı ulduz əl jesti ilə azarkeşlərdən sakitliyə riayət etmələrini xahiş edib.
DÇ-2018-in qrup oyunları çərçivəsində İran - Portuqaliya qarşılaşması bu gün keçiriləcək.