Bu gün dünya çempionatının qrup mərhələsində son tura start verilib.

Unikal.org xəbər verir ki, A və B qruplarının kollektivləri bu mərhələdə son görüşlərini keçiriləcəklər.

İlk olaraq A qrupunun komandaları mübarizəyə qoşulublar. Bu qrupda pley-off mərhələsinə yüksələn hər iki komandanın adı məlumdur. 2 turdan sonra xal itirməyən Rusiya və Uruqvayın mübarizəsində qrup qalibinin adına aydınlıq gəlib. İlk iki oyundan qalib çıxan Rusiya millisi bu  dəfə qələbə sevincini yaşaya bilməyib. Belə ki, Uruqvay yığması  meydan sahiblərini  3:0 hesabı ilə yenərək qrupu ilk pillədə  bitirib.