Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatı penaltilər baxımından tarixə düşüb.

Unikal.org xəbər verir ki, söhbət bir dünya çempionatında təyin olunan penalti sayından gedir. İran - Portuqaliya matçının 53-cü dəqiqəsində Kristiano Ronaldonun yararlana bilmədiyi penalti sayca 19-cu olub. Nəticədə, DÇ-2018, indiyə qədər keçirilmiş bütün mundialları penalti sayına görə qabaqlayıb.

Bu qarşılaşmanın son dəqiqələrində Portuqaliyanın qapısına təyin olunan penalti isə 20-ci olub. Futbolçular bu 20 penaltidən 15-ni qola çevirə biliblər.

Daha öncə penalti sayına görə rekordlar İtaliya (1990) və Fransada (1998) keçirilmiş mundiallarda, həmçinin 2002-ci ildə Cənubi Koreya və Yaponiyanın birgə təşkil etdiyi mundiallarda qeydə alınmışdı - 18 penalti.