Dünya çempionatının qrup mərhələsinin üçüncü turu çərçivəsində ötən gün keçirilən Səudiyyə Ərəbistanı - Misir (2:1) matçı ölümə səbəb olub. Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Misirin "Zəmələk klubunun keçmiş kapitanı və baş məşqçisi, yerli telekanallardan birində bu oyunu şərh edən Əbdülrəhim Məhəmməd Neqma ürək tutmasından keçinib.
Veteran futbolçu Səudiyyə Ərəbistanının vurduğu ikinci qoldan sonra infarkt keçirib. Dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Misir millisi hesab 1:1 olarkən 90+4-cü dəqiqədə qapısında ikinci qolu görüb və meydanı məğlub tərk edib.