Rusiyada keçirilən dünya çempionatı davam edir.

Unikal.org xəbər verir ki, bu gün daha 2 qrupda mübarizəyə yekun vurulacaq.

Əvvəlcə F qrupunda 1/8 finalçılar müəyyənləşəcək. İlk iki turu itkisiz başa vuran Meksikanı İsveçlə qarşılaşmada bərabərlik də qane edir.

İsveçlə matçda son dəqiqə qolu sayəsində qələbə qazanan Almaniya qrupun autsayderi Cənubi Koreyanı sınağa çəkəcək. Bundestimin taleyi öz əlindədi.

E qrupunda İsveçrənin işi daha rahatdı. Autsayder Kosta-Rika ilə qarşılaşmada komandaya heç-heçə də kifayət edir.

Serbiya - Braziliya oyunu isə bütün dünyanın diqqət mərkəzində olacaq. "Sambaçıları heç-heçə qane edir. Ancaq serblər bu qarşılaşmada mütləq qalib gəlməlidilər.

DÇ-2018. 3-cü tur

27 iyun

F qrupu

18:00. Cənubi Koreya - Almaniya
Baş hakim: Mark Geyger (ABŞ)
Kazan. "Kazan Arena

18:00. Meksika - İsveç
Baş hakim: Nestor Pitana (Argentina)
Yekaterinburq. "Yekaterinburq Arena

E qrupu

22:00. Serbiya - Braziliya
Baş hakim: Alireza Faqani (İran)
Moskva. "Spartak stadionu

22:00. İsveçrə - Kosta-Rika
Baş hakim: Klemen Turpin (Fransa)
Nijni Novqorod. Mərkəzi stadion

Bombardirlər: Harri Keyn (İngiltərə) - 5, Kriştiano Ronaldo (Portuqaliya), Romelu Lukaku (Belçika) - 4, Dieqo Kosta (İspaniya), Denis Çerışev (Rusiya) - 3.