Bu gün keçirilən 4 qarşılaşma ilə futbol üzrə DÇ-2018-in qrup mərhələsinə yekun vurulub.
Unikal.org xəbər verir ki, günün son qarşılaşmaları İngiltərə və Belçika, eləcə də Tunis və Panama arasında baş tutub.
Belçika yığması İngiltərə üzərində 1:0 hesablı qələbə qazanaraq qrupda 9 xalla birinci yeri tutub. İngiltərə qrupu ikinci yerdə başa vurub. İndi turnirin 1/8 finalında belçikalılar Yaponiya, ingilislər isə Kolumbiya ilə qarşılaşacaqlar.
Paralel keçən qarşılaşmada Tunis 2:1 hesabı ilə Panamanı məğlub edib. Nəticədə Tunis 3 xalla qrupda 3-cü, çempionatın debütantı Panama isə 0 xalla sonuncu olub.