Türkiyə milli komandasının sabiq futbolçusu Nuri Şahin karyerasını Almaniyanın "Verder komandasında davam etdirəcək.
Unikal.org "Sky Sporta istinadən xəbər verir ki, Dortmund "Borussiyasının xidmətində maraqlı olmadığı 29 yaşlı yarımmüdafiəçi Bremen təmsilçisi ilə razılıq əldə edib. Hazırda "Verderin bazasında tibbi baxışdan keçən Nuri ilə 1 illik müqavilə bağlanılacağı bildirilir.
Qeyd edək ki, Nuri Şahin karyerası ərzində Hollandiyanın "Feyenoord, İspaniyanın "Real Madrid və İngiltərənin "Liverpul komandalarının da formasını geyinib. O, 2005-2017-ci illərdə Türkiyə millisində 51 oyun keçirib və 2 qol vurub.