FİFA Türkiyənin "Kayserispor klubundan sonra daha bir komandanı cəzalandırıb.
Unikal.org xəbər verir ki, qurum Super Liqa təmsilçisi "Bursaspora transfer qadağası qoyub. Bursa təmsilçisi buna görə qış transfer pəncərəsində yeni futbolçu ala bilməyəcək.
Buna, ötən mövsüm "Bursaspor"u çalışdırmış fransız mütəxəssis Pol Le Quenin məvacib kimi alacağı 240 min avronun vaxtında ödənməməsi səbəb göstərilib.
Bir neçə gün əvvəl digər Super Liqa təmsilçisi "Kaysersipora, 2015/16 mövsümündə İspaniya "Malaqa"sından heyətinə qatdığı Adnan Tiqhaduiniyə 150 min avronun vaxtında ödənməməsi səbəbindən transfer qadağası gəlmişdi.