Beynəlxalq yarışlarda Türkiyəni təmsil edən dünya və Avropa çempionu azərbaycanlı atlet Ramil Quliyev Türkiyədə hərbi xidmət keçib.

Unikal.org xəbər verir ki, 417 əsgər arasında Türkiyəni təmsil edən Ramil Quliyev sosial şəbəkə hesabında türk dilində bunları yazıb:

"Hər türk əsgər doğar! Vətən borcumu tamamlayıb tərxis oldum. Əsgərlik vəzifəsini tamamlayan bütün mehmetçik qardaşlarımı təbrik edirəm. Bütün mehmetçiklərə yaxşı xidmətlər arzulayıram.

Atletin izləyiciləri olan türklər Azərbaycan və Türkiyə bayraqlarını paylaşaraq, buna görə Quliyevə təşəkkürlərini bildiriblər.

Ramilin hərbi xidməti ödənişli olub. O, andiçmədən sonra evə buraxılıb.