UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sonuncu oyununu noyabrın 20-də səfərdə Kosovo yığmasına qarşı keçirəcək Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Unikal.org AFFA saytına istinadən xəbər verir ki, Farer adaları yığması ilə qarşılaşmada zədələnən qapıçı Kamran Ağayevin ("Keşlə) əvəzinə millinin heyətinə "Qarabağ klubundan Şahruddin Məhəmmədəliyev dəvət olunub.