Futbol üzrə İngiltərə milli komandası UEFA Millətlər Liqasında növbəti mərhələyə vəsiqə qazanıb.
Unikal.org xəbər verir ki, Qaret Sautqeytin baş məşqçilik etdiyi kollektiv VI turda Xorvatiya yığmasını məğlub etdikdən sonra bu nail olub.
İngiltərədə keçirilmiş görüşün ilk hissəsində qapılara qol vurulmayıb. 57-ci dəqiqədə Andrey Kramarik xorvatları hesabda önə keçirib. 78-ci dəqiqədə Cessi Linqard tarazlığı bərpa edib. 85-ci dəqiqədə isə Harri Keyn İngiltərəyə qələbə qazandıran qola imza atıb. Bu nəticədən sonra İngiltərə yığması xallarının sayını 7-ə çatdırıb.
Xorvatiya millisi isə 4 xalla aşağı liqaya enib.