Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov ötən həftə Afrika İttifaqı Sosial münasibətlər komissarı xanım Amira El Fadil, Polşanın idman və turizm naziri Vitold Banka, Bolqarıstanın idman naziri Krasen Kralevi qəbul edib.
Unikal.org xəbər verir ki, nazir Azərbaycanda aparılan idman siyasəti, idman sahəsində görülən işlər, keçirilmiş və keçirilməsi nəzərdə tutulan mötəbər idman tədbirlərindən, idman yarışlarının yeni kadr potensialının yetişməsindəki önəmindən, müxtəlif ölkələrlə təcrübə mübadilələrinin aparılmasından, ölkəmizdə fəaliyyət göstərən idman qurğularından və digər mühüm məqamlardan haqqında danışıb.
Nazirlər Azərbaycanda uğurlu idman menecmenti, idman qurğularının peşəkar səviyyədə işlədilməsi, Antidopinqlə mübarizə sahəsində əldə olunan müsbət nəticələr, qaçqın və məcburi köçkün gənclərin idmana daha yaxından cəlb edilməsində Azərbaycanın qazandığı uğurlardan danışıb, təcrübə mübadiləsində maraqlı olduqlarını diqqətə çatdırdılar.
Bununla yanaşı, nazir Azad Rəhimov Beynəlxalq Federasiyasının prezidenti Nenad Laloviç, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Tomas Ayan, Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endryu Parsonsla da görüşüb.