Noyabrın 14-18-də Türkiyənin Antalya şəhərində Muay-Tay üzrə açıq Avropa Kuboku yarışı keçirilib.

Unikal.org xəbər verir ki, milli komanda 23 idmançı, 5 hakim, 2 məşqçi ilə həmin yarışda təmin ounub.

İdmançılarımız yarışa federasiya prezidenti Azər Həsənsoyun rəhbərliyi ilə yollanıblar. Yarışda uğurlu çıxış edən muay-tayçılarımız 5 qızıl, 4 gümüş və 8 bürünc medal qazanmağa nazil olublar. Yeniyetmələr arasında komandamız 3- cü yeri tutub.

Qeyd edək ki, bu yarışda 26 ölkədən 1130 idmançı iştirak edib.