UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstanın öz meydanında Estoniyaya minimal hesabla məğlub olduğu oyunda yunan azarkeşlər böyük qalmaqala imza atıblar.
Unikal.org xəbər verir ki, əllərində Yunanıstan bayrağı ilə yığmalarını dəstəkləməyə gələn azarkeşlər sonradan Türkiyə bayrağını yandırıblar.
Həmin anda heç bir təhlükəsizlik nəzarətçisinin məsələyə müdaxilə etməməsi də diqqət çəkib.