Türkiyə Super Liqasında "Ankaragücü və "Beşiktaş klublarının görüşü öncəsi qəribə hadisə baş verib.
Belə ki, oyunun baş tutacağı Osmanlı stadionun vəziyyəti hər kəsi şoka salıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Super Liqanın 13-cü turunda "Beşiktaş klubu Ankaragücünün qonağı olacaq.
Oyunun baş tutacağı stadionun ot örtüyü bərbad vəziyyətə düşüb.
"Super Liqa adlı "twitter profilindən edilən paylaşımda stadionun ot örtüyünün olduqca pis vəziyyətdə olduğunu və futbolçunun səhhəti üçün ziyan olduğu deyilib. Tərəfdarlar stadionun ot örtüyü ilə bağlı "kartof tarlası" rəyini yazıblar.
Ankarada yeni inşa edilən Osmanlı Stadionunun ot örtüyünə baxılamdığı üçün bu vəziyyətə düşdüyü iddia edilib.