Daha bir federasiyada idmançı qıtlığı yaşanır. Unikal.org-un əldə etdiyi məlumata görə, Azərbaycan Triatlon Federasiyasının (ATF) kişilərdən ibarət yığma komandası bütün yarışlarda bir idmançıyla təmsil olunur.

Federasiyanın alternativ variantı olmadığı üçün hər bir çempionata Rostislav Pevtsov qatılır.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Zəki Feyzullayev əsas milli komandada cəmi 1 idmançımızın olmasını təsdiqləyib:

"Federasiyanın yeniyetmə, gənclər və əsas yığma komandası var.

Milli komandann kişilərdən ibarət əsas yığmasında bir idmançı var. O da Rostislav Pevtsovdur. Qadınlarda isə iki idmançı ilə təmsil olunuruq. Artıq olimpiya oyunlarına lisenziya xarakterli yarışlara start verilib və bizim idmançılar da xallar toplamağa başlayıblar.

Qeyd edək ki, R.Pevtsov qurumun ilk "milliləşdirdiyi idmançıdır. 2015-ci ildən Azərbaycanı təmsil edir.

Aygün İlqarqızı