"Los Anceles Qalaksinin futbolçusu Zlatan İbrahimoviç "Milana transfer olacağı iddialarıyla bağlı danışıb.

Unikal.org  xəbər verir ki, "Football İtalia nəşrinə açıqlama verən isveçli hücumçu, keçidiylə bağlı yayılan xəbərləri doğrulayıb:

"Milanın mənimlə maraqlandığı doğrudur. Ancaq mənim "Los Anceles Qalaksiylə 1 il daha müqaviləm var və burda qalmamağım üçün bir problem yoxdur. Düzünü desəm, "Milanı çox sevirəm. Orda 2 gözəl mövsüm keçirdim. Getmək istəmirdim, ancaq məni PSJ-yə satdılar. PSJ-dən sonra yenə "Milana qayıtmaq istəyirdim.

Cennaro Qattuzo güclü futbolçu idi, indi də güclü məşqçidir. "Milanın oyunlarını izləyərkən, onun futbolçularını necə sevdiyini görürəm. Keçidimlə bağlı dəqiq bir şey deyə bilmərəm. Hər şeyi zaman göstərəcək.

İbrahimoviç 2010-2012-ci illər aralığında "Milanda forma geyinib.