Azərbaycan milli komandasının üzvü Təmkin Xəlilzadə yığmamızın Kosovoya 0:4 hesablı məğlubiyyətindən danışıb.

Unikal.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, "Qəbələ"nin müdafiəçisi yığmanın çıxışının alınmadığını bildirib:

"Bilirsiz, Allaha da and içərəm ki, həmin gün ən çox qələbəni istəyən biz idik. Çalışdıq ki, oynayaq. Azarkeşlərin istəyi, oyundan qabaq himnimizin fitə basılması bizi çox motivasiya edirdi. İmkanımız olsaydı, kosovoluları meydanda öldürərdik. Amma həmin gün bizdə alınmadı. Bəlkə yenidən oynasaq, oları 4:0 uda bilərik. Yenə deyirəm ki, hamıdan üzr istəyirəm. Bizi bir az başa düşün".

Xəlilzadə həmçinin milli komandada bilərəkdən oynamadığı deyilən futbolçuların olduğu haqqında gəzən söz-söhbətlərə də münasibət bildirib:

"Onlar mənim komanda yoldaşlarımdır. Hamı qələbə istəyirdi. Bu söhbətlər kənardan iyrənc görünür. Kamran Ağayevin də zədəsi var idi oyuna getməyib".