"Sumqayıt" futbol komandasının qış hazırlıq planı müəyyənləşib.

Unikal.org klubun rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Topaz Premyer Liqasındakı fasilə zamanı yanvarın 13-də Türkiyəyə yollanacaq.

İki həftəlik təlim-məşq toplanışı Antalyanın Bələk bölgəsində gerçəkləşəcək. Komanda əvvəllər "Qarabağ"ın qış toplanışlarında daimi məskunlaşdığı "IC Santai Belek" otelində qalacaq.

Yoxlama oyunlarındakı rəqiblər hələlik müəyyənləşməyib.