Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir görüşü keçirilib.
Unikal.org xəbər verir ki, ikinci oyun günündə "Səbail" "Bayıl Arena"da lider "Neftçi"ni qəbul edib.
Matç qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun əvvəlindən üstünlüyü ələ alan flaqman ilk qolu 41-ci dəqiqədə vurub. Emin Mahmudovun asmasından sonra Baqali Dabo yaxın məsafədən topu başla tora göndərib. Fasilədən sonra "ağ-qaralar" daha bir qol vurub.
52-ci dəqiqədə top Maudo Jarjuenin əlinə dəyib. Baş hakim Rauf Cabbarov penalti təyin edib. Emin Mahmudovun zərbəsi dəqiq olub. 90+1-ci dəqiqədə isə "Səbail"in legioneri Tome Kitanovski ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Bu qələbə sayəsində xallarını 26-ya çatdıran "Neftçi" ən yaxın izləyicisi "Qarabağ"ı 5 xal geridə qoyub. "Səbail" isə 20 xalla 3-cü pillədə qalıb.
Tura saat 19:00-da başlanacaq "Zirə" - "Sumqayıt" matçı ilə yekun vurulacaq.
Qeyd edək ki, ilk oyun günündə "Qəbələ" səfərdə "Keşlə"ni yenib - 2:1. "Qarabağ" isə evdə "Sabah"la 1:1 hesablı heç-heçə edib.