Gimnastikada zorakılığın qarşısının alınması üzrə fond (Gymnastics Ethics Foundation) yaradılıb.
Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə qərar Bakıda keçirilən Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Konqresində qəbul olunub.
Qeyd edək ki, bu ilin fevralında FIG-in prezidenti Morinari Vatanabe idmançıların seksual xarakterli zorakılıqla bağlı məlumat verə biləcəkləri müstəqil qurumun yaradılmasını təklif edib. Yeni təsis edilən fond FIG-dən asılı olmayacaq.
FIG-in Bakıdakı Konqresi dekabrın 2-3-ni əhatə edib.