Rusiyanın "Lokomotiv" klubunun futbolçusu Aleksey Lomakin vəfat edib.

Unikal.org klubun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, o, 18 yaşında dünyasını dəyişib.
Gənc oyunçunun ölümünün səbəbi hələlik məlum deyil. Onun meyiti dekabrın 2-də Moskvada tapılıb. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Aleksey Lomakin "Lokomotiv"in gənclər komandasında çıxış edib.