İspaniyalı forvard Conatan Soriano 2 mövsümdür ki, formasını geyindiyi Çin təmsilçisi "Beytszin Qoan klubundan ayrılıb.
Uniiak.org xəbər verir ki, bu barədə futbolçunun özü "instagram hesabından məlumat yayıb.Soriano "Beytszin Qoan klubuyla 2018-ci il dekabrın 31-nə qədər olan müqaviləsini yeniləməyib.
Karyerası ərzində "Espanyol, "Barselona B", "Zalsburq kimi klublarda forma geyinən 33 yaşlı futbolçu, 2017-ci ildə 15 milyon avro qarşılığında Çin təmsilçisinə transfer edilmişdi.
Soriano ilə "Qalatasaray yaxından maraqlanır.