İngiltərə Premyer Liqasının növbəti turu çərçivəsində bu gün "Çelsi ilə qarşılaşacaq "Mançester Sitinin baş məşqçisi Pep Qvardiola, "zadəganların çalışdırıcısı Mauritsio Sarrinin "Mançester Siti Avropanın ən yaxşı komandasıdır açıqlamasına münasibət bildirib.

Unikal.org İngiltərə mətbuatına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Avropanın ən yaxşı komandası olmadıqlarını bildirib:

"Bu sözlər üçün təşəkkür edirəm, amma biz Avropanın ən yaxşı komandası deyilik. Ən yaxşı olmaq üçün kuboklar qazanmağımız lazımdır. Bu mövsüm hələ heç bir şey qazanmamışıq.

Mövsümü məğlubiyyətsiz bitirib-bitirməyəcəkləri haqda suala cavab verən 47 yaşlı mütəxəssis, "Bu, məni maraqlandırmır, bunun heç bir əhəmiyyəti yoxdur. Düşünməyimiz lazım olan daha vacib şeylər var. Növbəti oyunda qələbə qazanmağa məcburuq. Vacib olan yaxşı oyundur deyib.

"Çelsi - "Mançester Siti oyunu bu gün, saat 21:30-da start götürəcək.