Milli komandamızın sabiq çalışdırıcısı Robert Prosineçki Bosniya və Herseqovinada ilin məşqçisi seçilib.
Unikal.org xəbər verir ki, xorvatiyalı mütəxəssis sözügedən ölkənin yığmasını UEFA Millətlər Liqasında final mərhələsinə çıxardığı üçün bu ada layiq görülüb. Komanda onun başçılığı altında bu turnirdə meydana çıxdığı 4 oyunun heç birində məğlub olmayıb.
Qeyd edək ki, Bosniya və Herseqovinada ilin ən yaxşılarının mükafatlandırılması mərasimi dekabrın 17-də keçiriləcək.
Xatırladaq ki, Prosineçki 2014-2017-ci illərdə milli komandamıza rəhbərlik edib.