Futbol üzrə İspaniya çempionatının 26-cı turunda "Real Madrid" "Barselona" ilə üz-üzə gəlib.

Unikal.org xəbər verir ki, Madridin "Santyaqo Bernabeu" stadionunda keçən qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu Kataloniya komandasının yarımmüdafiəçisi İvan Rakitiç vurub. O, xavbek Serxi Robertonun ötürməsini qola çevirib.