Türkiyənin “Kasımpaşa” klubunun baş məşqçisi Mustafa Dənizli xəstəxanaya yerləşdirilib.
Unikal.org “Hurriyet”ə istinadən xəbər verir ki, Türkiyə Super Liqasının 24-cü turunda evdə “Trabzonspor”la matç zamanı 70 yaşlı mütəxəssisin halı pisləşib.
O, komandası ilə birlikdə görüşün ikinci hissəsinə çıxa bilməyib.
Qarşılaşmada ikinci hissə oynanılır və “Trabzonspor” 2:0 hesabı ilə öndədir.