Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti cavab görüşləri keçiriləcək. 

Unikal.org xəbər verir ki, PSJ "Mançester Yunayted"i qəbul edəcək. Səfərdə oynanılan ilk matçda rəqibini 2:0 hesabı ilə məğlub edən Tomas Tuxelin yetirmələri cavab qarşılaşması ərəfəsində böyük üstünlüyü malikdilər. 

Günün digər oyununda "Roma" "Portu"nun qonağı olacaq. İtaliyada keçirilən ilk görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Çempionlar Liqası

1/8 final (cavab oyunları)

00:00. PSJ (Fransa) - "Mançester Yunayted" (İngiltərə)

Baş hakim: Damir Skomina (Sloveniya)

Fransa, "Park de Prens" stadionu

İlk görüş - 2:0

00:00. "Portu" (Portuqaliya) - "Roma" (İtaliya)

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Portuqaliya, "Draqau" stadionu

İlk görüş - 1:2