Müğənni Zahidə Günəş "Şou ATV" verilişində şəxsi həyatı ilə bağlı etiraf edib.
Unikal.org-un məlumatına görə, ifaçı ilk dəfə həyat yoldaşından ayrılma səbəbini açıqlayıb.
Z. Günəş keçmiş əri tərəfindən xəyanətə məruz qaldığını dilə gətirib:
"Dürüst insan xəyanətdən sınır. Bu, hissli olan insanlara aiddir, hissi olmayanlara aid deyil. Xəyanətə məruz qaldığım gün Mənzurə xanımla bir yerdə idik. Toyda gördü, ağladım orada. Həmin dəqiqə bildi. Ağlaya-ağlaya da durdum, o vəziyyətdə oxudum. Sonra güldüm, dəli kimi idim".
Müğənni Mənzurə Musayeva həmkarının sözlərini təsdiq edib:
"Toya gəlmişdi, toya koma vəziyyətində gəlmişdi".