Çempionlar Liqasında 1/8 final mərhələsində həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Unikal.org xəbər verir ki, bu barədə UEFA-nın saytında məlumat yayılıb.

Məlumata görə, namizədlər siyahısında Uqo Lyoris(“Tottenhem”), Duşan Tadiç (“Ayaks”), Mussa Mareqa (“Porto”) və Romelu Lukaku (“Mançester Yunayted”) yer alıb.

Azarkeşlər qurumun saytında keçirilən səsvermədə iştirak edərək, bu həftənin ən yaxşı oyunçusunu müəyyənləşdirəcək.